Qəzəbli sərnişin metrobusun yolunu kəsdi


Digərləri 11 İyn 2022 18:22:00 157 0

Qəzəbli sərnişin metrobusun yolunu kəsdi

İstanbulun Beylikdüzü rayonunda metrobusların dayanacaqda saxlamadan yoluna davam etməsi orada gözləyən sərnişinlərin etirazına səbəb olub.

Son.az oxu.az-a istinadən xəbər verir ki, nəticədə sərnişinlərdən biri metrobusun qarşısını kəsərək nəqliyyat vasitəsinin hərəkətinə mane olub.

Ətrafdakı yaşayış binalarından birinin sakini isə hadisəni telefonla çəkərək ictimailəşdirib.