Elektrik enerjisinin təsirinə məruz qalsa da, relslərin üzərinə yıxılan kişini buraxmadı


Dünya 11 İyn 2022 17:52:00 120 0

Elektrik enerjisinin təsirinə məruz qalsa da, relslərin üzərinə yıxılan kişini buraxmadı

Çikaqo sakini dəmir relslərin üzərinə yıxılan və elektrik enerjisinin təsirinə məruz qalan kişinin həyatını xilas edib.

Hadisə anı şahidlər tərəfindən qeydə alınıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, 20 yaşlı Entoni Perrinein sözlərinə görə o, kişini qaldırarkən özüdü də elektrik cərəyanının təsirinə qalıb, buna baxmayaraq, zərərçəkəni buraxmayıb.

Perri  huşsuz vəziyyətdə olan kişini relslərdən uzaqlaşdırır, sonra başqa bir sərnişinin yardımı ilə təcili yardım gələnə qədər ona ürək massajı edir.

Naməlum kişi xəstəxanaya yerləşdirilib, onun vəziyyəti ağır qiymətləndirilir.

Polis kişinin relslərin üzərinə yıxılmasının səbəbini araşdırır.

Bu arada Çikaqoda yerli icmanın lideri Perriyə göstərdiyi şücaətə görə avtomobtil hədiyyə edib.