FAOdan dünyadakı taxıl problemi ilə bağlı


Dünya 11 İyn 2022 14:52:00 144 0

FAOdan dünyadakı taxıl problemi ilə bağlı

Gələn il dünyada buğda tədarükü bir az daha daralacaq.

Son.az "Report"a istinadən xəbər verir ki, bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mələk Çakmak deyib.

Onun sözlərinə görə, dünyada taxıl tədarükü Rusiya Ukrayna müharibəsinə görə təsirə məruz qalıb:

"Bu ölkələr dünyada ən böyük taxıl istehsalçılarıdır. Ukaynada fermerlər müharibəyə görə tarlalarına, ərazilərinə gedə blmirlər, bəzi yollar dağıdılıb, 8 milyon insan ölkə daxilində qaçqın vəziyyətinə düşüb. 4 milyon insan isə ölkəsini tərk edib. Bu səbəbdən dünyada builki taxıl yığımı, həm də payızda dünyada buğda əkini təsirə məruz qalacaq.

Ola bilsin ki, dünyada daha əvvəl əkilən torpaqların 20-30 %-i bu il əkilə bilməsin. İndi biz 2021-2022-ci illərin tələbatına, 2022-ci ilin stoklarına baxdığımızda görürük ki, 2022-ci ilin taxıl stoklarında dəyişiklik olmayacaq. 2022-ci ilə girdiyimiz stoklarla çıxacağıq".