Rusiya qoşunları BU ŞƏHƏRLƏRƏ hücuma hazırlaşır
Dünya 11 İyn 2022 15:22:00 131 0
"Rusiya qoşunları Slavyansk və Severskə hücuma hazırlaşır".
Son.az "Report"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı öz feysbuk səhifəsində yazıb.
"Slavyansk istiqamətində düşmən əsas səylərini hərbi birləşmələrini Slavyanska qarşı hücuma hazırlığa cəmləşdirir. Onlar Paseka-Boqorodiçnoe istiqamətində hücum əməliyyatları aparır. Üstəlik, Boqorodiçnoenin şimal-qərb hissəsində möhkəmlənməyə çalışır. Liman istiqamətində isə qoşunları yenidən qruplaşdırır, döyüş sursatı və yanacaq ehtiyatlarını artırır", - Ukrayna Baş Qərargahı vurğulayıb.
Mənbə: milli.az