NATO Ukraynada nəyə nail olmağa çalışıır?


Dünya 11 İyn 2022 13:15:00 205 0

NATO Ukraynada nəyə nail olmağa çalışıır?

Son.az yeni müsavat-da dərc olunan məqaləni təqdim edir.

Qədim yunan filosofu Aristotel yazırdı ki, düzgün qoyulmuş sual artıq cavabın yarısıdır. Bu mənada çox yaxşı olardı ki, rusiyalı jurnalistlər bu sualı özlərinə yönəldəydilər və "NATO Ukraynada nəyə nail olmağa çalışır?" - deyə soruşmaqdansa, "Biz Ukraynadan nə istəyirik? Bizi siyasətin varvar üsulları bezdirməyibmi? Doğrudanmı Kreml anlamır ki, 21-ci əsrdə başqa dövlətin ərazilərinin özünə birləşdirilməsi, özü də dünyada ən böyük əraziyə malik olan dövlət tərəfindən birləşdirilməsi açıq-aşkar varvarlıqdır? " kimi suallara cavab verməyə çalışaydılar daha yaxşı olardı.

Rusiya həmişə əbədi suallar ölkəsi olub. Bu ölkənin hətta ədəbiyyatı sanki bu suallardan yoğrulub və hörülüb - hər bir rus yazıçısı dövrünün və epoxasının ən əsas sualını müəyyən etməyə çalışıb. Amma bir şey çox qəribə görünür: ruslar bu suallara heç vaxt cavab tapmayıblar, çünki əks təqdirdə, onlar dünyanın ən sivil xalqı və ölkəsi olardılar.

Belə bir təəssürat yaranır ki, onlar indi də hansısa suallara cavab axtarırlar. Bunu bu ölkədə aparılan sosioloji sorğular təsdiq edir. Bəs bu sorğular nəyi göstərir? Belə alınır ki, onlara görə Rusiyanın Ukraynada apardığı müharibəyə tərəddüd və şübhə ilə yanaşan respondentlərin sayı günbəgün azalır. Amma bu sorğulara heç inanmaq olarmı? Rusiya yetərincə avtoritar bir ölkədir. Burada həm də qeyri-rəsmi müharibə vəziyyəti ucbatından insanlar fikirlərini gizlətməyə məcbur olurlar. Fikrini açıq deyən adamlardan dərhal "ictimai xortdan" düzləldirlər.

Bizim bu suallara cavablarımıza gəldikdə, dəfələrlə buna cəhd etmişik. Təkcə biz yox, dünyanın aparıcı təhlilçiləri çoxdan Rusiyanın Ukraynaya qarşı siyasətini çılpaqlaşdırıblar, əks təqdirdə, Moskvaya və onun liderlərinə qarşı sanksiyalar tətbiq etmək çətin olardı. "Səbəbsiz və həyasız müharibə!" - biz Rusiyanın Ukraynaya qarşı açdığı savaşı belə adlandırardıq. Bu savaşda artıq yüzlərlə uşaq, minlərlə günahsız mülki insan həlak olub...

Qeyd edək ki, Rusiya Ukraynaya qarşı birinci dəfə deyildir ki, belə siyasət aparır. Güman, oxucu məşhur qolodomor haqqında məlumatlıdır- məhz onun ucbatından Ukraynnada bütöv bir nəsil demək olar, xəstədir. Bəli, Rusiya daim Ukraynanın azadlığa və müstəqilliyə doğru canatımını boğmağa çalışıb və boğub da...