Övladlarına işgəncə verən ərindən polisə şikayət etdi


Digərləri 11 İyn 2022 12:45:00 167 0

Övladlarına işgəncə verən ərindən polisə şikayət etdi

Bakıda qadın övladlarının əri tərəfindən döyüldüyü iddiası ilə polisə müraciət edib.

Son.az "Qafqazinfo"ya istinadən bildirir ki, Xəzər rayonu Binə qəsəbə sakini, 1990-cı il təvəllüdlü ana müraciətində bildirib ki, həyat yoldaşı birgə nikahlarından doğulan uşaqları mütəmadi olaraq döyür.

O bildirib ki, əri, 1981-ci il təvəllüdlü T.Rüstəmov doğma övladları olan 14 və 12 yaşlı qızlarını vuraraq xəsarətlər yetirir, onlara fiziki və mənəvi işgəncə verir.

Qadının müraciəti nəzarətə götürülüb və müvafiq araşdrmalar aparılır.

Son.az