Lavrov Ərdoğanın mesajını Paşinyana ÇATDIRDI Ermənistan Qarabağla RAZILAŞDI


Dünya 10 İyn 2022 22:00:00 120 0

Lavrov Ərdoğanın mesajını Paşinyana ÇATDIRDI  Ermənistan Qarabağla RAZILAŞDI

"Ermənistandan müsbət siqnallar var. Təbii ki, Paşinyanın razılığı olmadan belə siqnallar gəlməz. Artıq erməni müxalifəti də ağıllanıb. İşxan Sqatelyan elan edir ki, bu şəkildə davam etsək, heç kəs yanımızda olmayacaq. Görünür onlar ABŞ və Avropadan əl çəkib".

Son.az xəbər verir ki, bunu teleqraf.com-a politoloq Cümşüd Nuriyev deyib.

Politoloq xatırladıb ki, iyul və ya avqust ayında Brüsseldə növbəti görüş keçiriləcək və bu görüşə İrəvanın nə ilə gələcəyi maraqlıdır:

"Tərəflər arasında may ayında görüş keçirildi. Mən növbəti görüşə qədər iki müsbət hadisəni gözləyirəm. Bunlardan biri delimitasiya mövzusudur. Komissiyalar indiyə qədər iki ölkə sərhədində və Moskvada görüş keçirib. Bu o deməkdir ki, tərəflər razılaşmaq istəyirlər. Əlbəttə, bu uzun prosesdir, illəri alacaq. Amma onun başlanması, kontaktların olması müsbət haldır. İkincisi, komunikasiyaların açılması ilə bağlı İrəvanın müsbət siqnalını gözləyirəm".

Cümşüd Nuriyev diqqəti Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Ankaradan İstanbula uçmasına cəmləşdirərək deyib ki, Lavrov peşəkar diplomat olsa da, erməniləri sevindirmək istəyir:

"Azərbaycan mediası və XİN-i də onun dediklərini burnundan gətirdi. Güman edirəm ki, Lavrov həm də Türkiyə rəhbərliyinin mesajnı İrəvana aparıb. Bu mesaj da aydındır. Ərdoğan ötən gün də dedi ki, 44 günlük savaşda Azərbaycanın yanında olub və bundan sonra da olacaq. Ehtimal edirəm ki, Ərdoğan Rusiyanı bəzi şeylərə razı salıb. Nəzərə almaq lazımdır ki, Rusiya bütün NATO üzvləri ilə qarşıdurmadadır. Bu çətin vəziyyətdə təzyiqlərə baxmayaraq Türkiyə Rusiyanın əleyhinə getmədi. Rusiya bunu dəyərləndirməlidir. İndi də Ərdoğan tələb edir ki, Ermənistan iddialarından əl çəksin. Çünki bu iddialar əsassızdır. Onu da gözləyirəm ki, Paşinyan konstitusiya dəyişikliyi məsələsini gündəmə gətirə bilər".