İndi Almaniyada 9avroluq biletlə “yaxın xaric”ə də getmək olar


Dünya 10 İyn 2022 22:40:00 127 0

İndi Almaniyada 9avroluq biletlə “yaxın xaric”ə də getmək olar

İyunun 1-dən etibarən bütün Almaniyada "9-avroluq bilet" adlı yenilik qüvvəyə minib. Son.az bildirir ki, AZƏRTAC-ın xəbər verdiyi kimi 9-avroya bərabər simvolik məbləğ ödəyib bilet alaraq üç ay ərzində bütün Almaniyada taksi avtomobilləri və 1C sinfinə aid sürət qatarları istisna olmaqla şəhərdaxili və şəhərlərarası nəqliyyatın bütün növlərindən istifadə etmək olar. Bu o deməkdir ki, bütün yay ayları ərzində bütün AFR-də ictimai nəqliyyat və ikinci dərəcəli qatarlarda gediş əslində pulsuz olacaq.

Bu gün almanlar daha bir xoş xəbər alıblar: həmin biletdən istifadə etməklə AFR hüdudlarından kənarda yerləşən bir qıra şəhərlərə də getmək olar. Məsələn, bu biletlə Bavariya regional dəmir yolunun qatarına minən sərnişin qonşu Avstriyaya da baş çəkə biləcək. Bilet Bavariyadakı Fraylassinqom ilə Avstriyanın Zaltsburq şəhəri arasındakı marşrutda qüvvədədir. "Döyçe Ban Regio" qatarına minərək Almaniyanın Pfronten-Ştaynax şəhərindən Avstriyanın Fils, Roytte və Ervald şəhərlərinə getmək olar.

Cibində 9-avroluq bilet olan bəxtəvər sərnişinlər İsveçrə federal dəmir yolları ilə Almaniyanın Sell-Lim-Vizental şəhərindən İsveçrənin Bazel şəhərinə səyahət edə bilər. Bəzi "Döyçe Ban Regio" qatarlarının qonşu ölkənin sərhədlərini keçməsinə icazə verilib.

Almaniyanın Süssov şəhərindən Polşanın Baltik sahillərində yerləşən Svinemyunde şəhərinə yola düşmək, yolüstü Xerinqsdorf və Albek şəhərlərində dayanmaq mümkündür.