21 yaşlı gənc intihar edib


Digərləri 10 İyn 2022 22:47:00 146 0

21 yaşlı gənc intihar edib

Ağsuda intihar hadisəsi baş verib.

Son.az "report"a istinadən bildirir ki, hadisə Ərəbuşağı kəndində qeydə alınıb.

Belə ki, 21 yaşlı kənd sakini Ağayev Murad Bəhruz oğlu özünü yaşadığı evdə asaraq intihar edib.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Ağsu rayon şöbəsinə aparılıb.

Faktla bağlı Ağsu rayon prokurorluğunda araşdırma aparılır.