Güclü leysan və dolu yağışı təbii fəlakətə səbəb olub


Digərləri 10 İyn 2022 21:16:00 149 0

Güclü leysan və dolu yağışı təbii fəlakətə səbəb olub

Daşkəsənə dolu yağıb.

Son.az APA-ya istinadən bildirir ki, saat 19 radələrində rayon ərazisində dolu ilə yanaşı güclü leysan yağışı yağıb.

Rayonun Çanaqçı və Alaxançallı kəndlərində köpülərə, yol, elektrik, rabitə təsərrüfatlarına, fərdi avtomobillərə, əhalinin əkin sahələrinə və yaylaqlarda vətəndaşların mal-qarasına ciddi ziyan dəyib.

Sel suyu Çanaqçı ilə digər kəndi birləşdirən körpünü tamamilə dağıdıb.

Alaxançallı kəndi ərazisində isə sel suyu bir körpünü dağıdıb, kəndlərarası avtomobil yolunun xeyli hissəsini sıradan çıxarıb.

Bir neçə avtomobili çay aparıb.

Bir çox ərazilərdə dağlardan iri qaya parçaları və palçıq kütləsi avtomobil yoluna töküldüyündən həmin ərazilərdə nəqliyyatın hərəkəti tam dayanıb.

İnsan itkisi və xəsarət alan yoxdur.

Hazırda dəymiş ziyanların həcminin müəyyən edilməsi istiqamətində Daşkəsən Rayon Fövqəladə Hallar Komissiyası tərəfindən işlər davam etdirilir.