Bu il ixrac edilən neft və qazın həcmi açıqlanıb


Digərləri 10 İyn 2022 16:45:00 160 0

Bu il ixrac edilən neft və qazın həcmi açıqlanıb

Bu ilin 5 ayında operativ məlumatlara əsasən hasil edilmiş 13.9 mln. ton neftin 11.4 mln. tonu ixraca nəql edilib.

Son.az Trend-ə istinadən bildirir ki, bunu energetika naziri Pərviz Şahbazov "Twitter" səhifəsində bildirib.

Nazirin sözlərinə görə, ötən ilin eyni dövrü ilə müqayisədə 15.3 faiz artımla hasil edilmiş 19.6 milyard kubmetr qazın 9.4 milyard kubmetri ixrac olunub.