Keçmiş həyat yoldaşı müğənninin toyunda dava saldı


Şou-biznes 10 İyn 2022 16:07:00 145 0

Keçmiş həyat yoldaşı müğənninin toyunda dava saldı

Ötən gün məşhur müğənni Britni Spirslə nişanlısı Sem Askerinin toyu baş tutub.

Son.az axşam.az-a istinadən xəbər verir ki, mərasim ifaçının Kaliforniyadakı villasının həyətində baş tutub. Toyda yalnız dəvət alan 100 nəfər qonaq iştirak edib. Gecəyə Britninin bacısı, valideynləri, həmçinin oğulları Şon və Ceyden qatılmayıb.

Mərasimdə yaşanan maraqlı məqam isə burada Britninin keçmiş həyat yoldaşının iştirak etmək istəməsi olub. "TMZ" nəşrinin məlumatına görə, sənətçinin birinci əri Ceyson Aleksandr mühafizə tərəfindən oradan uzaqlaşdırılmağa çalışılsa da o, müqavimət göstərib. Ceyson toyu dağıtmaq üçün ora qəsdən gəldiyini də etiraf edib.

Bu səbəbdən mühafizəçilər onun qollarını bükərək yerə səriblər. Hadisə yerinə gələn polis isə onu həbs edib. Məlum olub ki, Ceyson barəsində başqa bir ştatda həbs qərarı verilib.

Müğənninin vəkili toyu pozmağa cəhd edən Ceysondan şikayətçi olacaqlarını bildirib.

Qeyd edək ki, Britni ilə Ceyson 2004-cü ildə Las-Veqasda evləniblər. İkilinin boşanması toydan 55 saat sonra baş verib.