Müəllimdən məktəb direktoruna qarşı ağır İTTİHAM VƏ CAVAB


Digərləri 10 İyn 2022 14:30:00 131 0

Müəllimdən məktəb direktoruna qarşı ağır İTTİHAM VƏ CAVAB

Bakıda 3 Nömrəli Xüsusi Təhsil Məktəbində işləyən bir müəllimə "qaynar xətt"imizə müraciət edərək, çalışdığı müəssisənin direktorundan narazı olduğunu, evdə təhsil üçün onlara verilən hər bir uşağa görə pul alındığını iddia edib.

Son.az Xəzər TV-yə istinadən xəbər verir ki, Xəyalə Abdullayeva 3 Nömrəli Xüsusi Təhsil Məktəbinin 15 illik müəlliməsidir. Barəsində ağır ittihamlar səsləndirdiyi şəxs isə elə bu məktəbin direktoru Nüşabə Məmmədovadır. Şikayətçi müəllimə deyir ki, direktor evdə təhsil üçün hər uşağa görə onlardan pul alır. İddia edir ki, 3 uşağa görə 1800 manat pul verib.

Müəlliməni daha çox qəzəbləndirən isə ona verilən uşaqların bir neçə ildən sonra götürülərək başqa müəlliməyə verilməsi olub.

Məktəbin direktoru Nüşabə Məmmədova isə səsləndirilən bütün ittihamların yalan olduğunu, kollektivdə təkcə Xəyalə müəllimənin problemlər yaratdığını bildirdi.

O ki qaldı uşağın Xəyalə müəllimədən götürülərək başqa müəllimə verilməsinə, direktor bildirdi ki, buna səbəb valideyn narazılığı olub.

Direktor onu da bildirdi ki, Xəyalə Abdullayeva əvvəllər sözügedən məktəbdə ibtidai sinif müəlliməsi olub. Valideynlərlə narazılıq yaşandığı üçün müəllimə ev təhsilinə cəlb edilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: