“Victoria's Secret”in Moskvadakı gizli satışları üzə çıxdı


Şou-biznes 10 İyn 2022 15:07:00 205 0

“Victoria's Secret”in Moskvadakı gizli satışları üzə çıxdı

Rusiyanı tərk edən "Victoria's Secret" brendi Moskvadakı "Metropolis" ticarət mərkəzində gizli satış həyata keçirərək, mağazalarında qalan məhsullarını satışa çıxarıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, tədbir geniş ictimaiyyətə bildirilmədiyindən, bu barədə ancaq "seçilmişlər" xəbərdar olub.

Lüzumsuz şübhə doğurmamaq üçün mağazaya gələn hər kəs oraya arxa girişdən aparılıb.

Amma məşhur marka bütün sirlərin mütləq bir gün açılacağını nəzərə almayıb.