12 il əvvəl törədilən cinayətin üstü açıldı


Kriminal 10 İyn 2022 15:15:00 97 0

12 il əvvəl törədilən cinayətin üstü açıldı

Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması istiqamətində istintaq-əməliyyat tədbirlərinin davam etdirilməsi nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş növbəti ağır cinayətin üstü açılıb.

Bu xəbəri də oxu: Bakı sakininə

Son.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyini birgə məlumat yayıb

Belə ki, 2010-cu il noyabrın 18-də paytaxt sakini Qürbət Abzərovun kəllə-beyin travması diaqnozu ilə daxil olduğu xəstəxanada 8 gün sonra ölməsi faktına görə Yasamal rayon prokurorluğunda cinayət işi başlanılıb istintaq aparılsa da, cinayəti törətmiş şəxsin müəyyən edilməsi mümkün olmadığından iş üzrə icraat dayandırılıb.

Lakin sonradan cinayət işi təkrar öyrənilməklə istintaqın davam etdirilməsi Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunub.

Aparılmış istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilmişdir ki, 1964-cü il təvəllüdlü Telman Məcidov cəzaçəkmə müəssisəsində olarkən, onunla eyni vaxtda cəza çəkən 1969-cu il təvəllüdlü Qürbət Abzərovun, onun ailə üzvləri barəsində təhqiredici ifadələrə yol verdiyinə görə cəzasını çəkib qurtardıqdan sonra 18 noyabr 2010-cu il tarixdə qisas almaq məqsədilə sonuncu ilə görüşərkən aralarında yaranmış mübahisənin gedişində gəzdirdiyi dəmir çəliklə qəsdən bir dəfə baş nahiyəsinə zərbə vuraraq sağlamlığına ağır zərərvurmaya aid xəsarət yetirmiş, qeyd olunan xəsarətin təsirindən Qürbət Abzərov müalicə olunduğu xəstəxanada ölüb.

Toplanmış mötəbər sübutlar əsasında Telman Məcidova Cinayət Məcəlləsinin 126.3-cü (zərərçəkmiş şəxsin ölümünə səbəb olmuş qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilərək barəsində həbs qətimkan tədbiri seçilib.

“Victoria's Secret”in Moskvadakı gizli satışları üzə çıxdı like
  • 10 İyn 15:07  
Şou-biznes “Victoria's Secret”in Moskvadakı gizli satışları üzə çıxdı

Rusiyanı tərk edən "Victoria's Secret" brendi Moskvadakı "

arrow Ətraflı
“Formula 1”ə görə metronun iş rejimində dəyişiklik edildi like
  • 10 İyn 15:00  
Digərləri “Formula 1”ə görə metronun iş rejimində dəyişiklik edildi

"Formula 1" Azərbaycan Qran-prisi ilə əlaqədar Bakı metropoliteni

arrow Ətraflı
Qızlar aktyorla şəkil çəkdirmək üçün sıraya düzüldü like
  • 10 İyn 14:52  
Şou-biznes Qızlar aktyorla şəkil çəkdirmək üçün sıraya düzüldü

Türkiyənin ən reytinqli və məşhur aktyoru Can Yaman fanat seli ilə üzlə

arrow Ətraflı
Yüzlərlə alimi ALDATDILAR: Şuşaya getmək adı ilə 70 manat yığdılar like
  • 10 İyn 14:45  
Digərləri Yüzlərlə alimi ALDATDILAR: Şuşaya getmək adı ilə 70 manat yığdılar

Bir qrup alim Şuşaya səfər etmək adı ilə aldadıldığını iddia edir. O

arrow Ətraflı
Azərbaycanlı müğənniyə fanatından ÇOX BAHALI HƏDİYYƏ like
  • 10 İyn 14:44  
Şou-biznes Azərbaycanlı müğənniyə fanatından ÇOX BAHALI HƏDİYYƏ

"Ümumiyyətlə, hədiyyə almağı, hədiyyə verməyi sevən insanam. Fik

arrow Ətraflı
“Evlilik haqqında düşünürəm” like
  • 10 İyn 14:37  
Şou-biznes “Evlilik haqqında düşünürəm”

Müğənni Rəsul Əfəndiyev şəxsi həyatı ilə bağlı danışıb.

arrow Ətraflı
Müəllimdən məktəb direktoruna qarşı ağır İTTİHAM VƏ CAVAB like
  • 10 İyn 14:30  
Digərləri Müəllimdən məktəb direktoruna qarşı ağır İTTİHAM VƏ CAVAB

Bakıda 3 Nömrəli Xüsusi Təhsil Məktəbində işləyən bir müəllimə &qu

arrow Ətraflı
Azərbaycan və Almaniya müdafiə nazirlikləri arasında ikitərəfli danışıqlar keçirilib like
  • 10 İyn 14:24  
Siyasət Azərbaycan və Almaniya müdafiə nazirlikləri arasında ikitərəfli danışıqlar keçirilib

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Almaniya Federativ Respubl

arrow Ətraflı
20 dəqiqə ərzində 11 partlayış like
  • 10 İyn 14:22  
Dünya 20 dəqiqə ərzində 11 partlayış

Ruslar Rusiya Federasiyası ərazisindən Çerniqov vilayətinin sərhəd yaşay

arrow Ətraflı
Ötən il təhsil müəssisələrindən 5610 nəfər xaric edilib like
  • 10 İyn 14:15  
Digərləri Ötən il təhsil müəssisələrindən 5610 nəfər xaric edilib

Ötən il təhsil müəssisələrindən xaric edilənlərin sayı 5610 olub.

arrow Ətraflı
Putinin səhhəti ilə bağlı yeni iddia like
  • 10 İyn 14:07  
Dünya Putinin səhhəti ilə bağlı yeni iddia

Son zamanlar Rusiya Prezidenti Vladimir Putinin səhhəti ilə bağlı çox sayd

arrow Ətraflı
Ötən il bu məktəbin bir abituriyenti belə universitetə qəbul olmayıb like
  • 10 İyn 13:52  
Digərləri Ötən il bu məktəbin bir abituriyenti belə universitetə qəbul olmayıb

2021-ci ildə Bakıda yerləşən 152 saylı tam orta məktəbin bir abituriyent

arrow Ətraflı
Müəllim şəhid anasına “oğlunuz sağdır” deyib 4 min alıbmış like
  • 10 İyn 13:40  
Digərləri Müəllim şəhid anasına “oğlunuz sağdır” deyib 4 min alıbmış

Xaçmazda müəllim işləyən 37 yaşlı Nuranə Orucovanın bir sıra dələdu

arrow Ətraflı