“Formula 1”ə görə metronun iş rejimində dəyişiklik edildi


Digərləri 10 İyn 2022 15:00:00 164 0

“Formula 1”ə görə metronun iş rejimində dəyişiklik edildi

"Formula 1" Azərbaycan Qran-prisi ilə əlaqədar Bakı metropoliteninin gücləndirilmiş iş rejiminə bir sıra dəyişikliklər edilib.

Bu barədə Bakı metropolitenindən bildiriblər.

Bununla əlaqədar yarışın keçiriləcəyi məkanlara yaxın olan stansiyalarda əlavə işçi personalı ayrılmaqla növbətçilik cədvəli tərtib olunub.

Qatarlar texniki cəhətdən mümkün optimal qrafik üzrə hərəkət etdiyindən, gur saatlarda cədvələ dəyişiklik edilməsi mümkün olmasa da, ehtiyat qatarların xəttə verilməsi nəzarətdə saxlanılır.