Qadını öldürərək yandırmaqda təqsirləndirilən şəxsin istintaqı başa çatıb
Kriminal 10 İyn 2022 08:54:00 95 0
Yevlaxda qadını qətlə yetirməkdə təqsirləndirilən Elnur Hüseynovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Bu xəbəri də oxu: Səmaya yaxın: Rüfət İsmayılın kolleksiyası Bakının ən yüksək nöqtələrindən birində təqdim edildi FOTO
Son.az APA-ya istinadən bildirir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materilları baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsi göndərilib.
Cinayət işi hakim Nahid Mirzəyevin icraatına verilib.
Qeyd edək ki, Göygöl rayon polis şöbəsinin İstintaq bölməsində istintaq olunan iş üzrə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş Hüseynov Elnur Rasim oğlunun 14.04.2021-ci il tarixdə Yevlax rayonu Aşağı Bucaq kəndində yerləşən sexdə 1968-ci il təvəllüdlü Hüseynova Səidə İmran qızının yanaraq ölməsi faktına görə Yevlax rayon prokurorluğunda istintaqı aparılan cinayət işi üzrə həmin hadisədə iştirakının olub-olmaması istiqamətində intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilib.
Prokurorluq və polis əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri tədbirlər nəticəsində müəyyən edilib ki, Elnur Hüseynov qayınanasının bacısı Səidə Hüseynovanın tamah məqsədilə əmlaklarını ələ keçirməklə öldürüb hadisənin izini itirmək qərarına gələrək bu niyyətini həyata keçirmək üçün 2021-ci ilin aprel ayının 14-də Səidə Hüseynovanın yaşadığı və işlədiyi cücə istehsalı sexinə gələrək özü ilə gətirdiyi bıçaqla sonuncunun bədəninin müxtəlif nahiyələrinə çoxsaylı xəsarətlər yetirib öldürdükdən sonra 1500 manat və 900 ABŞ dolları məbləğində pulu və qızıl-zinət əşyalarını ələ keçirib, daha sonra özü ilə gətirdiyi dizel yanacağını meyitin üzərinə və sexin müxtəlif hissələrinə səpərək yandırıb.
Serbiya və Türkiyə vətəndaşları şəxsiyyət vəsiqəsi ilə qarşılıql

Bakıda ərini öldürməkdə təqsirləndirilən Gülnar Vəlizadənin cinayət

Abşeron rayonunda azyaşlı hündürlükdən yıxılaraq ağır xəsarət alıb

Fransa Ukraynaya yaxın həftələrdə əlavə "Caesar" özüyeriyən

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə BMT-nin baş katibi

Qərb Rusiyanın Ukrayna ilə müharibədə itkilərini hesablayıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən təsis edilən ekspert q

Ukrayna Maliyyə Nazirliyi ilin sonuna qədər Qərb tərəfdaşlarından daha 2

Bakı metrosunda tanımadığı qadına qarşı qeyri-əxlaqi hərəkətlər ed

Bakıda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyy

Ukrayna Prezidenti Volodimir Zelenski Fransa Prezidenti Emmanuel Makron arasınd

Avropa Komissiyasının sədri Ursula von der Leyen Ukraynanı yenidən quracaql

Bakıda 35 yaşlı kişi bıçaqlanıb.
