Bakıda avtomobillər toqquşub, xəsarət alanlar var


Digərləri 10 İyn 2022 07:30:00 100 0

Bakıda avtomobillər toqquşub, xəsarət alanlar var

Bakıda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az "report"a istinadən bildirir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb. Ziya Bünyadov prospektində iki avtomobil toqquşub. Hadisə nəticəsində Mansurov Turxan Mahmud oğlu, 2000-ci il təvəllüdlü Babayev Sənan Zaur oğlu və 1987-ci il təvəllüdlü Mustafayev Tural Musa oğlu xəsarət alıblar.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.