"Hələ də pandemiyanın ortaya çıxmasını..."


Dünya 10 İyn 2022 07:45:00 135 0

"Hələ də pandemiyanın ortaya çıxmasını..."

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən təsis edilən ekspert qrupu koronavirusun yaranması ilə bağlı hərtərəfli təhlil aparmaq niyyətindədir.

Trend xəbər verir ki, bu barədə "Associated Press" agentliyi yazır.

Məlumata görə, ekspert qrupu laboratoriya şəraitində fövqəladə vəziyyətin mümkünlüyünün daha ətraflı təhlili də daxil olmaqla, COVID-19-un necə yayıldığını müəyyən etmək üçün əlavə tədqiqatlara ehtiyac olduğunu vurğulayıb.

"Hələ də pandemiyanın ortaya çıxmasını izah edəcək mötəbər məlumatlar yoxdur. Ekpert qrupu bütün fərziyyələri hərtərəfli araşdırmaq üçün mövcud olan elmi sübutlara açıqdır", - qrupun hesabatında qeyd edilir.

Vurğulanır ki, virusun mənşəyi ilə bağlı siyasiləşdirilmiş nəzəriyyə variantı da istisna edilmir.