KİV: Ukraynada Rusiyanın 20 minə yaxın hərbçisi ölüb


Dünya 10 İyn 2022 07:50:00 117 0

KİV: Ukraynada Rusiyanın 20 minə yaxın hərbçisi ölüb

Qərb Rusiyanın Ukrayna ilə müharibədə itkilərini hesablayıb.

Son.az "report"a istinadən bildirir ki, bu barədə "The Guardian" məlumat yayıb.

Məlumata görə, Rusiya Ukraynaya qarşı müharibə zamanı 15-20 min hərbçi itirib.

"Ukrayna hərbçilərinin çox ağır itkilərə məruz qalmasına baxmayaraq, Rusiyanın Ukraynadakı kampaniyası "bir çox səviyyələrdə son dərəcə qeyri-funksional olaraq qalır", - xəbərdə deyilir.

Həmçinin bildirilir ki, Rusiya qüvvələrinin bəzi döyüş sursatları, xüsusən də qanadlı raketlər kimi dəqiq idarə olunan silahlar tükənir. Bununla belə, vurğulanır ki, Moskvada hələ də idarə olunmayan bombaların böyük ehtiyatı var.