Çavuşoğlu və Quterreş Ukrayna və Suriyanı müzakirə ediblər


Dünya 10 İyn 2022 07:55:00 1601 0

Çavuşoğlu və Quterreş Ukrayna və Suriyanı müzakirə ediblər

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə BMT-nin baş katibi Antonio Quterreş arasında telefon danışığı olub.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə XİN-dən məlumat verilib.

Qeyd olunur ki, Ukraynadakı vəziyyəti müzakirə edərkən tərəflər ölkənin Qara dəniz limanlarında müharibə nəticəsində yığılmış taxılın ixracı üzrə səyləri nəzərdən keçiriblər.

Suriyaya humanitar yardımın çatdırılması ilə bağlı da fikir mübadiləsi aparılıb.