Piyadanın ölümü ilə nəticələnən qəza baş verib


Digərləri 10 İyn 2022 07:00:00 231 0

Piyadanın ölümü ilə nəticələnən qəza baş verib

Bərdədə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, Ədalət Şahverdiyev idarə etdiyi "Vaz" 21011 markalı avtomobil ilə yolu keçmək isdəyən piyadalar Rövşən Mirzəyev və Baloğlan Səfərlini vuraraq hadisə yerindən qaçıb. Hadisə nəticəsində R. Mirzəyev yerindəcə dünyasını dəyişib, B.Səfərli isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, Ə.Şahverdiyev polislər tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.