“Ukraynanı yenidən quracağıq”


Dünya 10 İyn 2022 07:14:00 195 0

“Ukraynanı yenidən quracağıq”

Avropa Komissiyasının sədri Ursula von der Leyen Ukraynanı yenidən quracaqlarını deyib.

Son.az "qafqazinfo"ya istinadən xəbər verir ki, sədr bu haqda "Maxxi Müasir İncəsənət Muzeyi"ndə keçirilən tədbirdə danışıb.

"Mariupol meri və ukraynalı memarlarla görüşümüz olacaq. Biz Ukraynanı yenidən quracağıq. Bunu etməliyik və edəcəyik, çünki bu, bizim mənəvi borcumuzdur", - o qeyd edib.

Von der Leyen yaşayış sahələrinin yenidən qurulmasının Avropa Yaşıl Sövdələşməsinə əsaslanan "Yeni Avropa Bauhaus" (Bauhaus - Avropa Komissiyası tərəfindən 2050-ci ilə qədər iqlimə qarşı neytral olmaq məqsədinə nail olmaq səylərinin bir hissəsi olaraq yaşayış, memarlıq, nəqliyyat, şəhər və kənd yerlərinin davamlı yaşıl transformasiyası üçün 2021-ci ilin yanvarında başlamış bir layihədir - red.) ruhuna uyğun olaraq həyata keçirilməli olduğunu deyib. 

O, həmçinin Aİ-nin bərpa olunan enerji mənbələrində irəliləyiş əldə etməli olduğunu bildirib: