Kolumbiyada mədəndə partlayış:


Dünya 09 İyn 2022 23:58:00 121 0

Kolumbiyada mədəndə partlayış:

Kolumbiyanın El Zulia bələdiyyəsində mədəndə baş verən partlayış nəticəsində itkin düşmüş hesab edilən 14 mədənçinin hamısı həlak olub.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Kolumbiyanın milli mədən agentliyi "Twitter"-də məlumat yayıb.

Qeyd olunur ki, davamlı axtarışlardan La Mestiza mədəninin itkin düşmüş hesab edilən sonuncu işçisinin cəsədi tapılıb.

Qurum hadisə nəticəsində həlak olmuş 15 mədənçinin ailəsinə və yaxınlarına başsağlığı verib.