13 yaşlı qızın ürəyi sağda, qaraciyəri soldadır


Digərləri 10 İyn 2022 00:22:00 151 0

13 yaşlı qızın ürəyi sağda, qaraciyəri soldadır

Rusiyada 13 yaşlı Olesya Kulikovada anadangəlmə nadir anomaliya aşkarlanıb.

Son.az "bizim.media"-ya istinadən xəbər verir ki, Krasnoyarskdan olan qızda daxili orqanların transpozisiyası aşkarlanıb.

Bu nadir genetik anomaliyadır, bütün daxili orqanlar normadan kənar, güzgü effekti ilə yerləşib.

Məsələn, ürək solda yox, sağdadır, qaraciyər soldadır, mədə isə ortada yox, sağdadır. Bu nadir xəstəlik 10 min insanda bir rast gəlinir.