Türkmənistan Xəzər suyunu Aşqabada


Dünya 09 İyn 2022 23:38:00 164 0

Türkmənistan Xəzər suyunu Aşqabada

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Xəzər dənizindən paytaxt Aşqabada daşınacaq şirin suyun istehsalı ilə bağlı göstəriş verib.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Prezident Nazirlər Kabinetinin onlayn iclasında Nazirlər Şurasının kənd təsərrüfatı sektoruna cavabdeh olan sədr müavini Annageldi Yazmuradovun hesabatını dinləyib.

Berdiməhəmmədov rayonda su problemlərinin aradan qaldırılması üçün həll yollarını təqdim edərək Yazmuradova müvafiq tapşırıqlar verib.

Türkmənistan lideri Berdiməhəmmədov əvvəlcə Yazmuradovun sədrliyi ilə hökumət komissiyasının yaradılması ilə bağlı qərar layihəsinin hazırlanmasının vacibliyini bildirib.

Xəzər dənizindən Aşqabada şirin suyun verilməsi imkanlarının qiymətləndirilməsi və Xəzər dənizində sutəmizləyici qurğuların tikintisinə başlanılması barədə göstəriş verən Berdiməhəmmədov Yazmuradova su probleminin həlli ilə bağlı işlərin hesabatını Nazirlər Şurasının iclasında təqdim etməyi tapşırıb.