313 nəfərdən 50 nəfəri qadınlardır


Digərləri 09 İyn 2022 23:50:00 179 0

313 nəfərdən 50 nəfəri qadınlardır

Bir çox hədislərə əsasən, İmam Mehdinin (ə.f) Bədrdə döyüşən səhabələrin sayı qədər, yəni 313 nəfər səhabəsi olacaq.[1] Bəzi hədislərdə də bildirilir ki, İmam Mehdinin (ə.f) zühurdan sonra on minədək səhabəsi olacaq.

İmam Baqir (ə) buyurmuşdur: "İmam Mehdinin (ə.f) ətrafında on min nəfər toplandıqdan sonra yer üzündə Allahdan başqa məbud qalmaz..."[2]

Şeyx Tusi nəql edir ki, İmam Baqir (ə) buyurmuşdur: "Rükn və məqam arasında Bədr əhli sayda insan həzrətə beyət edəcək. Onların arasında Misir, Şam və İraqdan gələnlər var..."[3]

İbn Tavus öz kitabında bir çox səhabələrin və onların şəhərlərinin adını qeyd etmişdir.

Nömani nəql edir ki, İmam Baqir (ə) buyurmuşdur: "And olsun Allaha! Üç yüz neçə nəfərin arasında əlli nəfər qadın var".[4] Müfəzzəl ibn Ömər İmam Sadiqə (ə) istinadən bildirib ki, Qaimin (ə) səhabələri arasında on üç nəfər qadın da var.[5]

Bəzi hədislərdə bildirilir ki, həzrətin əlli qadın səhabəsi həmin 313 nəfərdəndir. Cabir ibn Yezid Cövfi nəql edir ki, İmam Baqir (ə) buyurmuşdur: "And olsun Allaha! Üç yüz ondan çox şəxs gələr və onların əlli nəfəri qadındır. Onlar Məkkədə bir yerə toplanar..."[6]

[1] Yәnabiul-Mәvəddəd, səh.509; Elamul-vəri, səh.433

[2] Həmin mənbə