Avropa Şurası Danimarkanı islamofobiyaya qarşı


Siyasət 09 İyn 2022 23:57:00 203 0

Avropa Şurası Danimarkanı islamofobiyaya qarşı

Avropa Şurasının İrqçilik və Dözümsüzlüyə Qarşı Komissiyası Danimarka hakimiyyətini müsəlmanlara və digər azlıqlara qarşı ayrı-seçkiliklə mübarizə üzrə milli fəaliyyət planını prioritet məsələ kimi qəbul etməyə çağırıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə komissiyanın cümə axşamı dərc olunmuş hesabatında deyilir.

Qeyd olunur ki, planda təhsil, əhalinin maarifləndirilməsi, təcavüzə qarşı mübarizənin təşviqi, hüquq-mühafizə orqanları əməkdaşlarının və müəllimlərin hazırlanması, habelə müsəlman və digər azlıqların təmsilçilərinin işlə təmin olunması sahəsində tədbirlər öz əksini tapmalıdır.

Komissiya müsəlmanları, o cümlədən, qanun çərçivəsində ölkədə çalışan əcnəbi işçiləri və miqrantları "Danimarka dəyərlərinə və mədəniyyətinə təhlükə kimi" qələmə verən siyasətçilərin nifrət dolu bəyanatlarından narahatlığını ifadə edib.

Qurum irqçi təşkilatlar və siyasi partiyaları maliyyələşdirməni azaltmaq və onları qadağan etmək üçün qanunvericilik bazasının formalaşdırılmasını, balanslı cəmiyyət yaratmaq məqsədinə nail olmaq üçün seqreqasiyanın qəti qadağan edilməsi və əhalinin bütün təbəqələri üçün müsbət stimullardan istifadə edilməsini tövsiyə edib.