ABŞın Azərbaycandakı səfiri 907ci düzəlişdən danışdı


Siyasət 09 İyn 2022 13:10:00 128 0

ABŞın Azərbaycandakı səfiri 907ci düzəlişdən danışdı

"Azadlığa dəstək aktı"na 907-ci düzəliş hələ də qüvvədədir, amma bu, ABŞ-a təhlükəsizlik sahəsində Azərbaycana kritik vacib köməyi göstərməyə heç bir şəkildə mane olmadı.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Erl Litsenberger brifinq zamanı deyib.

"Bizim təqdim etdiyimiz kömək Azərbaycanın öz cənub sərhədini müdafiə etməsinə yönəlmişdi. Biz skanerlər təqdim etdik və təlimlər keçdik ki, azərbaycanlı gömrükçü və sərhədçilər qaçaqmalçılığın qarşısını ala bilsinlər. Biz külli miqdarda narkotik vasitələrin müsadirəsinin şahidi olduq. Biz həm də Azərbaycana Xəzərdə təhlükəsizliyin artırılması üçün kömək göstərdik. Bu, Xəzərin Azərbaycan sektorunda qanunsuz fəaliyyətin qarşısını almaq, kritik vacib infrastrukturun, neft quyuları, boru xətlərini müdafiə etmək imkanlarını artırdı. İndi Azərbaycan qazı Cənub Qaz Dəhlizi ilə İtaliyaya nəql olunur və Avropada enerji mənbələrinin şaxələndirilməsinə kömək edir", - səfir deyib.