Eskalatorda öpüşən oğlanı nokaut etdi FOTO


Digərləri 09 İyn 2022 10:48:00 150 0

Eskalatorda öpüşən oğlanı nokaut etdi  FOTO

Dağıstan polisi Mahaçqalanın ticarət mərkəzində baş vermiş dava faktı ilə bağlı inzibati iş açıb.

Münaqişənin iştirakçılarından biri də MMA döyüşçüsü Şarabuddin Maqomedov olub. 

Son.az lent.az-a istinadən xəbər verir ki, bu barədə "vesti.ru saytı məlumata yayıb.

28 yaşlı Şarabuddinin dediyinə görə, ticarət mərkəzinin eskalatorunda dava təxminən bir ay əvvəl baş verib, lakin bu hadisə yalnız münaqişə görüntüləri internetdə görünəndən sonra müzakirəyə səbəb olub. 

İlkin məlumata görə, idmançı hər kəsin gözü qarşısında xanımını öpən bəyə irad tutub.

Kişilər əxlaqla bağlı mübahisə edib, sonra Maqomedovun rəqibi qəfildən davaya girib. Kişiləri mağaza işçiləri ayırıb.

Lakin Maqomedov çıxışda oğlanıı gözləyib və mübahisəni bir zərbə ilə həll edib, onu nokauta salıb. 

İdmançı deyib ki, mübahisədən sonra o və rəqibi ilə yumruq işlətmədən vəziyyəti müzakirə etmək qərarına gəliblər və hər ikisi belə davranmağın tərəfdarı olmadığını bildirib.