Maliyyələşdirilmiş layihə sayına görə Qarabağ ilk yerdədir


Digərləri 09 İyn 2022 11:50:00 164 0

Maliyyələşdirilmiş layihə sayına görə Qarabağ ilk yerdədir

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən bu vaxta qədər verilən kreditlərin regionlar üzrə bölgüsündə layihə sayı üzrə 6,5% Bakı şəhəri və ətraf qəsəbələrin, 93,5 isə regionların payına düşür.

Son.az Trend-ə istinadən xəbər verir ki, maliyyələşdirilmiş layihə sayına görə regionlar arasında Qarabağ iqtisadi rayonu 17,6%-lə ilk yerdədir.

Məbləğ üzrə kreditlərin 25,6% Bakı şəhəri, 74,4% isə digər regionlarda fəaliyyət göstərən biznes subyektlərinə verilib.