Çində qırıcı yaşayış evinə düşüb, ölən və yaralananlar var


Dünya 09 İyn 2022 11:10:00 205 0

Çində qırıcı yaşayış evinə düşüb, ölən və yaralananlar var

Çinin Hubey əyalətində Hərbi Hava Qüvvələrinə məxsus J-7 qırıcısı qəzaya uğrayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, qırıcının yaşayış evinin üzərinə düşməsi nəticəsində bir nəfər ölüb, daha iki nəfər isə yaralanıb.

Qeyd olunur ki, ölən və xəsarət alanlar evin sakinləri olub. Təyyarənin pilotu katapul edərək xilas ola bilib.

Qəza təyyarənin təlim uçuşu keçirdiyi zaman baş verib. Qəza nəticəsində yaşayış evində yanğın baş verib.