İranda yenə bina çökdü; yaralılar var


Digərləri 09 İyn 2022 11:20:00 256 0

İranda yenə bina çökdü; yaralılar var

Bu gün səhər saatlarında İranın qərbində yerləşən Kirmanşah vilayətində Nosud şəhərində 4 mərtəbəli bina çöküb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Təcili Yardım Təşkilatının sözçüsü Muctaba Xaledi deyib.

M.Xaledinin sözlərinə görə, hadisə nəticəsində indiyədək 7 nəfər yaralanıb.

Xaledi əlavə edib ki, hadisə yerinə 4 ədəd təcili yardım maşını və bir ədəd vertolyot ezam olunub.

Hadisənin səbəbləri araşdırılır.