“Zakir Qaralov, Rüstəm Usubov, Mövlam Şıxəliyev nə tapşırıb, onu da eləmişik! sabiq MTN polkovniki FOTO


Digərləri 09 İyn 2022 10:52:00 139 0

“Zakir Qaralov, Rüstəm Usubov, Mövlam Şıxəliyev nə tapşırıb, onu da eləmişik!  sabiq MTN polkovniki  FOTO

Qarabağ qazisi olan zərərçəkən məhkəmədə ilginc ifadə verdi; "Məni şərləyib tutdular, daha sonra salam verdiyim bütün adamları MTN-ə çağırıb soyublar"

Bakı Hərbi Məhkəməsində Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Prosesdə təqsirləndirilən şəxs Sahib Ələkbərov qısa çıxış edib. O, zərərçəkən Qulam Bağırovu və onun anasını yalan danışmaqda ittiham edib. Deyib ki, Bağırovlardan pul istəməyib. Sahib Ələkbərov Qulam Bağırovu cinayətkar adlandırmaqla onun, Azad və Ceyhun Seyidovların barəsindəki həbs-qətimkan tədbirinin dəyişdirilməsinə peşman olduğunu deyib:

- Seyidovları elə bir yerdən tapşırmışdılar ki, Mövlam Şıxəliyev də istəsəydi belə onlardan pul ala bilməzdi. Qulam Bağırovun da başında mənim keçəlim boyda şiş vardı, humanizm göstərib azad etdik, o da gedib xaricdə müalicə olundu.

Zərərçəkən Qulam Bağırov və Seyidovlar məhkəmə zalında olmadığından təqirləndirilən Sahib Ələkbərovun ittihamları cavabsız qalıb.

Sahib Ələkbərov fikrini tamamlayandan sonra zərərçəkən Zaur Əliyevin bir neçə sualını cavablandırıb:

- Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq, müstəntiq kimi prosessual şəxs olaraq cinayət işini kimə, hansı qaydada məruzə edirdiz? Kimin əmrini, tapşırığını yerinə yetirirdiz?

Sahib Ələkbərov:

- Prosessual şəxs olmağıma baxmayaraq cinayət işi baş prokuror Zakir Qaralova, baş prokurorun 1-ci müavini Rüstəm Usubova və idarə prokuroruna məruzə olunurdu. Həmin məruzə idarə rəisi Mövlam Şıxəliyevin vasitəsilə həyata keçirilirdi. 

- Tapşırıq və əmrlər hansı qaydada verilirdi?

- Həmin qaydada da tapşırıq və əmr verilirdi. Biz də icra edirdik.

Vəkil Osman Kazımov Sahib Ələkbərova dəqiqləşdirici sual verdi:

- Siz icraatınızda olan cinayət işinin istintaqını əmr və tapşırıqla həyata keçirmisiz?

Sahib Ələkbərov suala əsəbi şəkildə cavab verib:

- Siz Azərbaycanda yaşamırsız? Bu məsələlər bilmirsiz necədir. Biz kimik ki? Zakir Qaralov, Rüstəm Usubov,  Mövlam Şıxəliyev nə tapşırıb, onu da eləmişik!

S.Ələkbərov vəkilin digər suallarını cavablandırmayıb.

Bundan sonra iş üzrə zərərçəkən Orxan Abdullayevin atası Elman Abdullayev şahid qismində tribunaya dəvət olunub.

Hakimin "təqsirləndirilən şəxslərdən kimi tanıyırsız" sualına  Elman Abdullayev ətrafına baxaraq şəhadət barmağını Yasin Məmmədova tuşlayıb və "bu şərəfsizi tanıyıram" deyib.

Hakim müdaxilə edərək şahiddən etik qaydaları gözləməsini tələb  edib.

Şahid deyib ki, Yasin Məmmədov qanunsuz olaraq oğlu Orxan Abdullayevi həbs edib:

- Yasin Məmmədovla MTN-də xidməti otağında görüşdüm. Elə ilk söhbətdə barmağını yuxarı tutub "bunu ver, oğlunu buraxım" dedi. "Min manat istəyirsiz" - sual etdim. Gülüb dedi ki, 100 min verməsən, oğlun buradan çıxmayacaq.

Şahidin sözlərindən məlum olub ki, Yasin Məmmədov ondan 50 min manat alaraq oğlunu azad edib.

Kəlbəcər köçkünü, hazırda Gəncədə məskunlaşmış Ramiz Əliyev iş üzrə şahid olsa da, məhkəmədə deyib ki, faktiki olaraq zərərçəkəndir. MTN əməkdaşları onu həbs edəndən sonra təqsirləndirilən Yasin Məmmədov onun telefon kitabçasında adı olan 21 qızıl alverçisindən 200 min manat pul yığıb.  Şahid sərbəst ifadəsinə başlamazdan əvvəl hakimin "təqsirləndirilən şəxslərdən kimi tanıyırsız" sualını cavablandırdı. "Yasin Məmmədovu tanıyıram, bəs onu niyə qəfəsə salmamısız" deyə hakimə qarşılıqlı sual ünvanladı. Hakim şahidin sualına cavab vermədi.

Ramiz Əliyev sərbəst ifadəsində bildirib ki, 2014-cü il oktyabrın 31-də MTN əməkdaşları tərəfindən həbs olunub. İstintaqı aparan Yasin Məmmədov ondan külli miqdarda pul tələb edib. 9 aylıq həbs müddətində onu hər hansı bir şəxslə üzləşdirməyiblər. Həbsdə olduğu müddətdə tanıdığı qızıl alverçilərini Yasin Məmmədov istintaqa çağırmaqla onlardan külli miqdarda pul alıb: