"ABŞ bu prosesdə vacib rol oynaya bilər"


Siyasət 09 İyn 2022 10:57:00 141 0

"ABŞ bu prosesdə vacib rol oynaya bilər"

ABŞ sülh prosesinin dəstəklənməsi üçün Azərbaycan və Ermənistanla dialoq aparır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Erl Litsenberger brifinq zamanı deyib.

"Biz sülhə nail olmağın yollarını tapmaq üçün tərəflərlə dialoqdayıq. Hesab edirik ki, birbaşa təmaslar vacib əhəmiyyət daşıyır. ABŞ bu prosesdə vacib rol oynaya bilər. Liderlər səviyyəsində, XİN rəhbərləri səviyyəsində təmaslar dəstəklənir. Sərhədin delimitasiyası üzrə işçi qrup yaradılıb. Kommunikasiyaların açılması böyük əhəmiyyət daşıyır", - səfir deyib.

O, həmçinin bildirib ki, ABŞ-la Azərbaycan arasında münasibətlər bundan sonra da inkişaf edəcək.

"Ümid edirəm ki, Azərbaycandan Avropaya qaz tədarükünün artırılması ilə bağlı bütün texniki məsələlər tezliklə həll olunacaq.

Avropaya qaz tədarükünün artırılmasında zərurət var. Azərbaycandan Avropaya qaz tədarükünün artırılması üçün texniki problemlərin aradan qaldırılması ilə bağlı müzakirələr aparılır", - səfir deyib.