Qadın özünü bıçaqladı


Digərləri 08 İyn 2022 22:29:00 134 0

Qadın özünü bıçaqladı

Gəncə sakini özünü bıçaqlayıb.

Son.az "qafqazinfo"ya istinadən xəbər verir ki, şəhərin "DOS6" adlanan ərazisində yaşayan 1986-cı il təvəllüdlü İsmayılova Rəqsanə qarının kəsilmiş-deşilmiş xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

O, dərhal əməliyyat olunub, vəziyyəti orta-ağır qiymətləndirilir.

Yaxınları qadının özünə bıçaqla xəsarət yetirdiyini deyiblər.

Faktla bağlı araşdırma aparılır.