Yolu keçmək istəyən piyadanı maşın vurub


Digərləri 08 İyn 2022 22:22:00 279 0

Yolu keçmək istəyən piyadanı maşın vurub

Gəncədə piyadanın ölümü ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

Son.az APA-ya istinadən bildirir ki, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.

Hərəkətdə olan minik maşını yolu keçmək istəyən orta yaşlı piyadanı vurub.

Piyada xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.