Maşın ağaca çırpıldı Sürücü öldü


Digərləri 08 İyn 2022 21:54:00 262 0

Maşın ağaca çırpıldı  Sürücü öldü

Balakəndə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az "qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə günorta saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd yolunun Balakən rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Balakən rayonu Mahmalar kənd sakini, 1993-cü il təvəllüdlü Qaracayev Kərim İbadullah oğlu idarə etdiyi "VAZ 2101" markalı minik avtomobili ilə Balakəndən Zaqatala istiqamətində hərəkət edərkən idarəetməni itirib və nəticədə, avtomobil yol kənarındakı ağaca çırpılıb.

Hadisə zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan Kərim Qaracayev Balakən Mərkəzi Xəstəxanasına  aparılıb.

Həkimlərin səyinə baxmayaraq, sürücü xəstəxanaya daxil olduqdan bir qədər sonra dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.