Azərbaycan və Qırğızıstan müdafiə nazirləri İzmirdə görüşdü FOTO


Siyasət 08 İyn 2022 20:48:00 143 0

Azərbaycan və Qırğızıstan müdafiə nazirləri İzmirdə görüşdü  FOTO

İyunun 8-də İzmir şəhərində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və Qırğızıstan Respublikasının müdafiə naziri general-leytenant Baktıbek Bekbolotov arasında ikitərəfli formatda görüş keçirilib.

Müdafiə Nazirliyindən Son.az-a verilən məlumata görə, görüşdə ölkələrimiz arasında hərbi, hərbi-təhsil və qarşılıqlı əməkdaşlığın müxtəlif sahələri, eləcə də maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.