“GOLDEN KIDS AWARDS 2022” uşaq nominasiyaları üzrə mükafatlandırma mərasimi keçirilib VIDEO FOTO


Kriminal 08 İyn 2022 16:58:00 155 0

“GOLDEN KIDS AWARDS 2022” uşaq nominasiyaları üzrə mükafatlandırma mərasimi keçirilib  VIDEO  FOTO

Nizami Kino Mərkəzində Azərbaycan Könüllülər İctimai Birliyinin (AKİB) təşkilatçılığı ilə sayca dördüncü dəfə "GOLDEN KIDS AWARDS 2022" uşaq nominasiyaları üzrə mükafatlandırma mərasimi keçirildi. 

Tədbir müğənni Elnur Məmmədov və 35 nömrəli 11 illik musiqi məktəbinin xor kollektivinin ifa etdiyi "Azərbaycan Respublikasının Dövlət Himni" ilə başladı.  Daha sonra AKİB prezidenti İmaməddin Quliyev və layihə rəhbəri, AKİB-in Mədəniyyət və İncəsənət departamentinin rəhbəri Ülviyyə Bəbirlinin tədbir iştiraçılarını, qonaqları salamlayaraq və tədbiri açıq elan etmək üçün səhnəyə çıxdılar.

İmaməddin Quliyev iştirakçılara gələcək fəaliyyətlərində uğurlar arzuladı. O, bu layihənin istedadlı uşaqlar və gənclər üçün motivasiya xarakteri daşımasını vurğulayaraq "Azərbaycan Könüllülər İctimai Birliyinin hər zaman bu istiqamətdə layihələri keçirdiyini bildirib. Bu məsələ təşkilatımız tərəfindən daima diqqət mərkəzində saxlanılır, çünki uşaq və gənclərin fiziki və mənəvi inkişafı ölkəsinin, yaşadığı cəmiyyətin, xalqının inkişaf göstəricisidir. Uşaqlar və gənclər bizim gələcəyimizdir".

Ülviyyə Bəbirli də Layihənin Şuşa ili çərçivəsində keçirildiyini vurğulayaraq hər kəsə öz təşəkkürünü bildirdi.

Böyük Qala Gecənin aparıcıları Ceyhun Həsənli və Elnarə Sadıqova 22 nominasiya üzrə mükafatları təqdim etmək üçün Qala gecəsinin qonaqlarını və nominantlarını səhnəyə dəvət etdilər.

Mükafatlandırma mərasimində Milli Məclisin deputatları Könül Nurullayeva, Vüqar İsgəndərov, Müşfiq Cəfərov, Naqif Həmzəyev, "Təşəbbüslər və Layihələr Mərkəzinin direktoru Ceyhun Osmanlı, Azərbaycan Respublikası mədəniyyət nazirliyinin musiqi sektorunun müdiri Vüqar Hümbətov, dövlət və qeyri-hökümət təşkilatlarının nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, Paşa Qəlbinur, Şahin Musaoğlu, xalq artistləri Tünzalə Ağayeva,Fidan Hacıyeva və Gülnaz İsmayılova o cümlədən sənət nümayəndələri Eldar Qasımov, Leyla Quliyeva, Günel Anarqızı, Ətəri Cəfərova, Rövşən Ağayev, Sevinc Ağasıyeva, Əziz Əliyev, Lyuba Morqunova, Vüsalə Səid və başqaları iştirak etdilər.    Qeyd edək ki, AKİB-in Mədəniyyət və İncəsənət Departamenti  tərəfindən 2018-ci ildən bəri 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan "Golden Kids Awards" müsabiqəsi təşkil edilir. Layihənin məqsədi 5-16 yaşadək olan uşaq və gənclərin iştirakını təmin edərək onların inkişafına, istedad və bacarıqlarının üzə çıxmasına dəstək olmaqdır.

İnformasiya dəstəyi -  Trend.az, Day.az, Son.az, Azernews.az