Freddi Merkurinin indiyə qədər eşidilməmiş mahnısı yayımlanacaq


Şou-biznes 08 İyn 2022 16:22:00 151 0

Freddi Merkurinin indiyə qədər eşidilməmiş mahnısı yayımlanacaq

"Queen" qrupunun mərhum əfsanəvi solisti Freddi Merkurinin indiyə qədər eşidilməmiş mahnısı yayımlanacaq.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə qrupun üzvləri Brayan Mey və Rocer Teylor xəbər veriblər.

Onların sözlərinə görə, mahnı "Face It Alone" adlanır.

Bəstə qrupun 1989-cu ildə buraxılmış 13-cü studiya albomu "The Miracle" üçün sessiyalardan götürülüb. Bundan iki il sonra Merkuri vəfat edib.

Qrup üzvləri mahnının sentyabrda işıq üzü görəcəyini bildiriblər.

"Biz dəfələrlə bu mahnıya baxdıq və düşündük ki, yox, biz onu xilas edə bilmərik. Amma əslində yenidən cəhd etdik. Bu parçaları bir-birinə tikmək kimidir... Amma gözəldir. Bu, təsirlidir", - deyə Mey bildirib.