Bu məkanda əlinizə keçən hər şeyi sındıra bilərsiniz


Digərləri 08 İyn 2022 15:07:00 312 0

Bu məkanda əlinizə keçən hər şeyi sındıra bilərsiniz

Noutbuklar, televizorlar, şüşə qablar və printerlər... Otaqdakı bütün bu əşyalarsındırmaq üçün qoyulub. Burada istədiyiniz hər şeyi dağıtmaqda sərbəstsiniz.

Son.az Xəzər TV-yə istinadən xəbər verir ki, məkanın adı da təsadüfi seçilməyib: stres otağı. Menecer Rəşadət Müzəffərli deyir ki, koronavirus pandemiyasından sonra bir neçə ölkədə bu cür məkanlar yaradılıb. Elə bu ideya da Azərbaycana həmin ölkələrdən gətirilib.  Stress otağında əşyalar 2 hissəyə bölünür. 

Buradakı əşyaların qiyməti 1 manatdan başlayır, 100 manata qədər davam edir. Onların arasında işləyən də var, işləməyən də. Otaqdakı divarların qalınlığı isə 2 metrə yaxın olduğu üçün ətrafa səs yayılmır. 9 aydır fəaliyyət göstərən məkan bir çox maraqlı hadisələrin şahidi olub. 

Məkana giriş zamanı təhlükəsizlik zəmanəti imzalanır. Otağa daxil olanlara xüsusi qoruyucu forma və şüşə kaska verilir.

Rəşadət Müzəffərli bildirir ki, stres otağına müraciət edənlərin çoxu gənc və orta nəslin nümayəndələridir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: