Cennifer səhnədə göz yaşı tökdü


Şou-biznes 07 İyn 2022 15:00:00 183 0

Cennifer səhnədə göz yaşı tökdü

Ötən axşam Kaliforniyada "MTV Film və TV" mükafatları mərasimi keçirilib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, mükafata layiq görülənlər arasında dünyaca məşhur müğənni Cennifer Lopez də olub.

Sənətçi "On My Way" mahnısına görə "MTV Movie and TV Award Generation Award"da mükafat alıb.

Lopez mükafatını alarkən səhnədə nitq söyləyən zaman göz yaşlarına boğulub. 

52 yaşlı ifaçı göz yaşları içində təşəkkür edib: 

"Birlikdə işləməkdən zövq aldığım bütün gözəl insanlara təşəkkür etmək istəyirəm. Mənə həyat, sevinc bəxş edənlərə, həm də ürəyimi qıranlara təşəkkür edirəm. Mənə həqiqəti deyənlərə və yalan danışanlara təşəkkür edirəm.

Məni daha güclü etdiyinə görə məyusluqlara, yıxılmalara və mənə sevməyi öyrətdiyinə görə övladlarıma təşəkkür edirəm. Hər kəsə, eləcə də Benə (Hollivud aktyoru Ben Afflek - red.) və məni evdə naharda gözləyənlərə təşəkkür edirəm. Mən saat yeddidə orada olacağam".

Mükafatlandıra mərasimindən görüntüləri təqdim edirik: