“Aclıq oyunları” silsiləsindən növbəti filmin treyleri yayımlandı


Şou-biznes 07 İyn 2022 15:15:00 214 0

“Aclıq oyunları” silsiləsindən növbəti filmin treyleri yayımlandı

Hollivudun "Lionsgate" studiyası özünün "YouTube" kanalında "Aclıq oyunları" franşizasının prekvelinin ilk treylerini yayımlayıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, layihənin rejissoru Frensis Lourensdir.

"Aclıq oyunları: İlanlar və oxuyan quşlar haqqında ballada" adlı film Kitness Everdinin macəralarından xeyli əvvəl baş verən hadisələrdən bəhs edir. Burada baş qəhrəman Panemin gələcək prezidenti Koriolan Snoudur.

Filmdə Reyçel Zeyger və Tom Blit çəkilib.

Ekran əsərinin premyerası 17 noyabr 2023-cü ildə baş tutacaq.