Fərda "Çimnazın yatağı"ndan danışdı


Şou-biznes 07 İyn 2022 11:37:00 180 0

Fərda "Çimnazın yatağı"ndan danışdı

"Çimnazın yatağı" yutub verilişi haqda sosial şəbəkələrdə gedən müzakirələrdən əlbəttə ki, xəbərim var. Bütün tənqidləri öncədən gözə almışdım, qınaq obyekti olacağımı da bilirdim. Bilirdim ki, bu layihə gənclərin marağını çəkəcək. Çünki mən müşahidəçiyəm, bütün layihələrimdə də, stendaplarımda da hər kəsin marağını cəlb edəndən sonra nəyisə ərsəyə gətirirəm. Cavanların o tip xəbərləri daha çox oxuduqlarını və həmin verilişləri çox izlədikləri üçün "Çimnazın yatağı" yutub verilişinə məqsədyönlü şəkildə qonaq getdim. Mən orda verilişdə də demişəm ki, başlığa görə, gördüyünüz şəkilə görə heç kimi qınaq obyektinə çevirməyin. Bir açın, verilişə baxın".

Son.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında məşhur aktyor Fərda Xudaverdiyev deyib. O, daha sonra əlavə edib.

"Hər kəs özünü hamıdan ağıllı hesab edə bilər, bu özgüvəndir. Ora çıxan insanın 25 illik səhnə təcrübəsi varsa demək ki, o səndən 10 dəfə daha çox ölçüb-biçib. Niyə orda oturduğunun da məqsədi var. Mən hətta o verilişi əsrəyə gətirənlərə də dedim ki, qonaqlarınızı elə seçin ki, onların həqiqətən də sözün yaxşı mənasında reklama, tanınmağa ehtiyacları var. Əgər sənə maraqsızdırsa, üzərindən keç. Onu kimlər paylaşırsa, demək ki, onlara maraqlıdır. O Çimnaz xanımın yatağı deyil, dekordur, dekarasiyadır. Çimnaz xanım orada yaşamır. Bütün günü beynində 18+ düşünənlər, maraq dairəsi yataqdan o yana çıxmayanlardır onu elə qələmə verən! Bir açıb baxsınlar verilişin içində nələrdən danışmışıq da. 25 ildir ki, bu verilişin açılmağını gözləyirdim ki, gedim ordan populyar olum? İlkləri etməkdən heç vaxt çəkinməmişəm. Mən 5 il bundan öncə "Selfinaz"-ı edəndə də bilirdim ki, bunun davamı gələcək. Mən 5-10 ili öncədən görməsəydim heç vaxt "Stendap" etməzdim. Mən stendap konsertlərimdən 1 manat da qazanmamışam, sırf yenilik gətirmək üçün bunları etmişəm. Yenə də işimin arxasındayam, yaradıcılığımla məşğulam. Kimsə məni yataq proqramından tanıyıbsa daha mənim onlara deyəcək sözüm yoxdur! Müəllifi olduğum, çəkildiyim filmlərə baxsınlar. Bəlkə də məni orda tanımayanlar da olub, deyiblər ki, "ay da təzə veriliş açılıb, bir qaqaş gəlmişdi ora" (gülür). Nəsil dəyişiminin də fərqindəyəm, neçə yaşım olursa-olsun bütün gənclər mənimlə birlikdə döyüşəcək, buna əminəm" deyə sənətçi bildirib.