Bakıda amerikalı qadın ispan müəllimi


Digərləri 07 İyn 2022 11:43:00 266 0

Bakıda amerikalı qadın ispan müəllimi

Bakının mərkəzindəki kafelərdən birində insident baş verib.

Son.az "Qafqazinfo"ya istinadən bildirir ki, Səbail rayonu H.Z.Tağıyev küçəsi 14 ünvanında yerləşən kafedə gecə saat 01 radələrində əcnəbi ölkə vətəndaşı olan qadınlar arasında dava-dalaş olub. Bu zaman İspaniya vətəndaşı, 1981-ci il təvəllüdlü P.A. baş nahiyəsindən xəsarətlər alıb. O, xəstəxanaya aparılıb və tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Bakıda fəaliyyət göstərən "British school in Baku" məktəbində biologiya müəllimi işləyən P.A. daha sonra hadisə ilə bağlı polisə müraciət edib. O, bildirib ki, ABŞ vətəndaşı olan Kristina adlı qadın xuliqanlıq zəminində kafedə dava salıb və stəkanla onun başına zərbələr endirib.