"Bitcoin"in qiyməti 30 min dollardan aşağı düşüb


Dünya 07 İyn 2022 09:45:00 105 0

"Bitcoin"in qiyməti 30 min dollardan aşağı düşüb

İyunun 7-də keçirilən ticarət sessiyasında Bitkoinin məzənnəsi 30 min dollardan aşağı düşərək 29,4 min dollar təşkil edib.

Son.az Trend-ə istinadən bildirir ki, bu "CoinDesk" portalının məlumatlarında ək olunub.

Birjanın məlumatına görə, kriptovalyutanın qiyməti gün ərzində 5,25% ucuzlaşıb, ən aşağı göstərici isə 29,2 min dollar olub.

Xatırladaq ki, bu son bir ayda bitkoinin ilk çöküşü deyil. Belə ki, mayın 12-də məzənnə 2020-ci ilin dekabrından bəri ən aşağı səviyyə - 26,7 min dollara düşmüşdür. Lakin, ertəsi gün kriptovalyutanın qiyməti 13% yüksələrək 30 min dolları ötmüşdür.