"İlk baxışdan yaranan sevgim getdikcə daha da artır"


Şou-biznes 07 İyn 2022 09:52:00 224 0

"İlk baxışdan yaranan sevgim getdikcə daha da artır"

"7 il uğurlu rəqəmdir. Artıq ömür-gün, əqidə yoldaşımla gümüş medal mükafatçısıyıq".

Son.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Emil Şahzadə sosial şəbəkədə xanımı Könüllə olan fotolarına yazıb. O, evlilik ildönümləri olduğunu vurğulayıb:

"Bu illər ərzində xoş anlar da yaşadıq, çətinliklər də. Əsas onlara sinə gəlib, yolumuzu birlikdə davam edə bildik. Sevgidən yaranan ailə olaraq iki övlad sahibiyik. İlk baxışdan yaranan sevgim getdikcə daha da artır və həyat boyu davam edəcək, sonsuza qədər!"

Qeyd edək ki, cütlüyün bir qız, bir oğul övladı var. Emil Şahzadə ötən il Ombudsman Aparatının İnformasiya və ictimaiyyətlə əlaqələr sektorunun müdiri vəzifəsinə təyin olunub.