Bu rayona yeni polis rəisi təyin edildi


Digərləri 07 İyn 2022 09:22:00 134 0

Bu rayona yeni polis rəisi təyin edildi

Bərdə Rayon Polis Şöbəsinə yeni rəis təyin edilib.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Ağcabədi Rayon Polis Şöbəsinin rəisi polis polkovniki Ənvər Həsənov vəzifəsindən azad olunaraq, Bərdə Rayon Polis Şöbəsinə rəis təyin edilib.

Qeyd edək ki, V.Eyvazovun əmri ilə Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinin rəisi polkovnik-leytenant Knyaz Həsənov vəzifəsindən azad edilərək Ağcəbədi Rayon Polis Şöbəsinə rəis təyin olunub.

Son.az