Türkiyədə PUAlar üçün "havahava"


Dünya 07 İyn 2022 08:58:00 257 0

Türkiyədə PUAlar üçün "havahava"

Türkiyə Elmi və Texniki Araşdırmalar Şurasının (TÜBİTAK) mütəxəssisləri, xüsusilə "Akıncı" zərbə pilotsuz uçuş aparatlarına inteqrasiyası planlaşdırılan "hava-hava" tipli raketlərin yaradılması layihəsini həyata keçirir.

Son.az Trend-ə istinadən bildirir ki, TÜBİTAK-ın Müdafiə Sənayesi Tədqiqat İnstitutunun direktoru Gürcan Okumuş "Anadoluya" müsahibəsində yeni sursatların gələcəkdə digər PUA-lara da inteqrasiya oluna biləcəyini söyləyib.

"Hava-hava raketləri insanlı və pilotsuz təyyarələr üçün vacibdir və çox vaxt uzun məsafədən hədəfləri vuran "hava qılıncları" adlanır. Ölkələr bir-birlərini bu cür yüksək texnoloji həlləri ixrac etmək istəmirlər və bəzən bunu ümumiyyətlə etmirlər", - o bildirib.

Onun sözlərinə görə, Türkiyə müdafiə sənayesində ciddi irəliləyişlər əldə edib və artıq əhəmiyyətli texnologiyalara malikdir.

Bəzi sahələrdə Türkiyə ilk 5-də, bəzilərində isə ilk onluğa daxildir, Okumuş vurğulayıb.